Naxçıvanda kitabxanaların maddi-texniki bazası gücləndirilib - FOTOLAR

10 Yanvar 2025 10:56 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muxtar respublika əhəmiyyətli Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, həmçinin rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin tabeliyində fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemlərinin maddi-texniki bazası gücləndirilib, kitabxana əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, oxuculara müasir standartlara uyğun xidmət göstərilməsi günün tələblərinə uyğunlaşdırılıb. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, nazirlik tərəfindən adıçəkilən müəssisələrə 8 adda kompüter, printer və digər avadanlıqlar təhvil verilib.

Gələcəkdə də nazirliyə tabe və sisteminə daxil olan müəssisə və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi işləri davam etdiriləcək.