Bəşər Əsəd rejiminin devrilməsindən sonra bir ay ərzində Türkiyədən Suriyaya 52 min 622 qaçqın qayıdıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ai Yerlikaya jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, bu gün Türkiyədə 2 milyon 880 min suriyalı qaçqın qeydiyyatdadır, onların bir hissəsi artıq Vətəninə qayıtmağa başlayıb.
“2017-ci ildən bəri ümumilikdə 792 min 625 nəfər Suriyaya qayıdıb. Əgər Suriya Əsəddən azad edilənə qədər Türkiyə-Suriya sərhədindən ayda orta hesabla 11 mindən çox qaçqın keçirdisə, rejim dəyişikliyindən sonra bu proses xeyli sürətlənib. Türkiyə xalqı suriyalılara ürəklərini açıb və qaçqınların təhlükəsiz qayıtması davam edir”, - deyə Yerlikaya bildirib.