2 illik fəaliyyətindən sonra "MTV Azərbaycan" kanalı ilə yollarını ayıran aparıcı, prodüser Tarix Əliyev yeni iş yerini açıqlayıb. SİA xəbər verir ki, o "RTV"də "Çərçivədən kənar" verilişində "Space" kanalında yeni verilişi ilə işinə davam edəcəyini bildirib. O, verilişin adında heç bir dəyişiklik etməyəcəyini deyib: "İndi daha böyük kütləsi və 25 illik tarixçəsi olan "Space" kanalına gedirəm. Vado Karovinə çox təşəkkür edirəm. "Tarixin bir günü" adını tapmaqda mənə Mirşahin müəllim kömək edib və o ad mənə çox uğur gətirib. Eyni adla da davam edəcəyəm" deyə o bildirib.