Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsindən keçən, diametri 355 millimetr olan əsas magistral su xəttində qəza baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, qəzaya səbəb kimi borunun uzun müddət istismar edilməsi ehtimal olunur. Nəticədə şəhərin əksər ərazisinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb. Hazırda Naxçıvan Sukanal İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.