Netanyahuya Polşaya səfər etməyə icazə verildi

9 Yanvar 2025 21:56 (UTC+04:00)

Polşa hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin qərarına baxmayaraq, İsrailin baş naziri Binyamin Netanyahuya Osvensim həbs düşərgəsinin azad edilməsinin 80-ci ildönümü ilə bağlı anım tədbirlərində iştirak etməyə icazə verib.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk bildirib.

...Polşa Respublikası Hökuməti bəyan edir ki, o, İsrail Dövlətinin yüksək vəzifəli nümayəndələri üçün Auşvits-Birkenau konsentrasiya düşərgəsinin azad edilməsinin 80-ci ildönümü ilə əlaqədar tədbirə sərbəst və təhlükəsiz girişi eləcə də iştirakını təmin edəcək.

Tuskun sözlərinə görə, Netanyahunun Polşaya səfəri “incə məsələ” olub. Varşava yüksək rütbəli qonaqların təhlükəsizliyinə zəmanət verməyə borcludur, lakin o, İsrailin baş nazirinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür.

Lakin Polşa prezidenti Anjey Dudanın müvafiq müraciətindən və hökumət daxilində aparılan müzakirələrdən sonra Netanyahuya bu mühüm tədbirlərdə iştiraka icazə verilməsi qərara alınıb.

Əli Babayev