"Əl-Hilal"ın hücumçusu Neymar 2024-cü ildə Səudiyyə Ərəbistanı klubunda cəmi 42 dəqiqə oynadığı iki oyunda meydana çıxıb və 101 milyon avro qazanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.
Braziliyalı futbolçu 2023-cü ilin oktyabrında çarpaz bağları yırtılıb. Neymar ötən ilin oktyabrına kimi zədəsini sağaltsa da, Asiya Çempionlar Liqasında "İstiqlal"la oyunda (3:0) yenidən zədələyib.
Qeyd edək ki, Neymar 2023-cü ilin yayında "Əl-Hilal"a keçib. 32 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 15 milyon avrodur.