Bir ailə vəftiz mərasimi zamanı Çelyabinsk kilsəsindən Tanrı Anasının antik ikonasını oğurlayıb.
Müvafiq videonu 5-tv.ru paylaşır.
SİA-nın məlumatına görə, kadrlarda ailənin bir hissəsinin uşaqlarla birlikdə olduğu və iki kişinin məbədin ətrafında dolaşdığı vəftiz mərasimi əks olunub.
Tezliklə oğrular kilsədən ikonanı aparmağa başlayıblar.
Bəzi Telegram kanallarının yazdığı kimi, oğurluğu qaraçı diasporunun nümayəndələri törədib.
Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatına görə, hadisə ilə bağlı cinayət işi açılıb.
Həmçinin məlum olub ki, şübhəlilər saxlanılıb, ikona isə məbədə qaytarılıb.
Nazlı Almuradova