NATO ölkələri Ukraynaya əlavə tank partiyaları verməyə hazırlaşır.
SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış Ramşteyn aviabazasında keçirilən Kiyev üçün hərbi təchizatla bağlı koordinasiya üzrə Qərb ölkələri qrupunun iclasında deyib.
...Mən indicə koalisiyamız üçün yol xəritəsi təqdim etdim, bu, Ukrayna üçün zirehli imkanların yaradılması, növbəti ianələrdir. Bu görüşdə iştirak edən bütün ölkələr Ukraynaya növbəti ianələrə hazırlaşır.
Bunu Polşalı nazir qeyd edib.
Kosiniak-Kamış vurğulayıb ki, Varşava da Kiyev üçün növbəti dəstək paketi hazırlayır.
...Biz əlimizdən gələni edirik, lakin Polşanın təhlükəsizlik sərhədini keçmirik, - o əlavə edib.
Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte alyansın üzvü olan ölkələri “mübarizəni davam etdirmək” üçün Ukraynaya hər şeyi verməyə çağırıb.
Əli Babayev