...Bundan əvvəl Anna Sedokova bəyan etmişdi ki, guya keçmiş əri Yanis Timmanın dəfn mərasimi ilə bağlı bütün xərcləri tam olaraq o ödəyib, amma...
SİA-nın məlumatına görə, bu arad mərhum basketbolçunun bacısı Lelde müğənni Anna Sedokovanın keçmiş ərinin dəfnində iştirakından danışıb.
...Leldenin dediyinə görə, Sedokova dekabrın 25-də onunla əlaqə saxlayıb və ondan Timmanın dəfni üçün pul köçürə biləcəyi bank məlumatlarını təqdim etməsini istəyib. Ölən basketbolçunun bacısı dəfnin maliyyə hissəsinə cavabdeh olan şəxsin əlaqə məlumatlarını Anna Sedokovaya verib.
...Mənim üçün bu vəziyyət emosional və informasiya baxımından çox çətindir. İndi şəxsi şərhlərim olmadan bəzi faktları paylaşmağa hazıram. Bildiyimə görə, 2025-ci il yanvarın 8-dək Sedokovadan pul alınmayıb.
Bunu Lelde sosial şəbəkədəki səhifəsində yazıb.
Daha əvvəl bildirilmişdi ki, mərhum basketbolçu Yanis Timmanın dostu Mark Puqaçov keçmiş ərinin sifarişli qətlində əli ola biləcəyi iddia edilən keçmiş həyat yoldaşı Anna Sedokovaya qarşı ifadə vermək niyyətindədir. O da məlum olub ki, polis də Yanisin ölümünün hansı şəraitdə baş verməsi ilə maraqlanıb.
Nazlı Almuradova