Kurskda öldürülən Şimali Koreyalı əsgərin ölümqabağı yazdığı etiraf

10 Yanvar 2025 00:45 (UTC+04:00)

...Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Rusiya Federasiyasının Kursk vilayətində döyüşlər zamanı həlak olan Şimali Koreyalı əsgər Qonq Honq Conq-un dəftərindəki yazıların beşdə birini deşifrə edib.

...Xüsusi Əməliyyat Qüvvələrinin mətbuat xidmətinin qeyd etdiyi kimi, yazıların birində Şimali Koreya əsgəri rus əsgərlərini qarət etdiyini və bu əşyaları satdığını etiraf edib. Şimali Koreyalı əsgərin ölkəsində ilarkən etdiyi qanun pozuntularına görə peşman olduğu iddia edilir, lakin bu, onun Rusiyada yeni cinayət törətməsinə mane olmayıb.

...Şimali Koreyalı qeydlərində dəqiq nəyi və nə qədər oğurladığını açıqlamasa da, amma ifşa olunub.

...Və beləliklə öldürülən Şimali Koreyalı əsgərin ölümdən qabaq yazdığı aylıq həyat hesabatı:

...Möhtərəm Ali Baş Komandan Kim Çen In bizə heç bir halda vətənin şərəfini alçaltmamağı əmr etdi. Ona görə də, xüsusi təyinatlıları gücünü və cəsarətini nümayiş etdirir. Kazarmada işləyəndə elə bildim ki, heç kim mənə baxmır və rusların əşyalarını oğurlayıb cibimə qoyurdum. Mənim günahım odur ki, mən baş komandanın əmrini yerinə yetirməmişəm və başqa ölkəyə məxsus nəyisə oğurlamışam. Bunun komandirlərimiz üçün ciddi nəticələri ola bilər. Mən artıq başqalarının əşyalarını alver etməyəcəyəm. Ön sıralarda qəhrəmancasına irəliləyib düşmənləri məhv edəcəyəm.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu öldürülən Şimali Koreyalı hərbçi Conqun dəftərindən tam şəkildə tərcümə edilib.

Əli Babayev