Ötən il 5722 layihə maliyyələşdirilib - SİF

9 Yanvar 2025 10:57 (UTC+04:00)

2024-cü il ərzində 5722 layihənin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit verilib. SİA Sahibkarlığın İnkişafı Fonduna istinadla xəbər verir ki, verilmiş kreditlər hesabına 4334 yeni iş yerinin yaradılması nəzərdə tutulur.