“Liverpul” “Tottenhem”ə uduzdu

9 Yanvar 2025 06:24 (UTC+04:00)

İngiltərə Liqa Kubokunun ikinci yarımfinal cütünün ilk oyunu keçirilib. SİA xəbər verir ki, “Tottenhem” doğma meydanda “Liverpul”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 1:0. Oyunda yeganə qolun müəllifi isə 86-cı dəqiqədə Lukas Berqval olub. Komandalar arasında cavab oyunu fevralın 6-də Liverpulda keçiriləcək.

Qeyd edək k, birinci yarımfinal cütünün ilk görüşündə “Arsenal” evdə “Nyukasl”a məğlub olub - 0:2.