Türkiyə millisinin sabiq futbolçusu, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Emre Belözoğlu avtomobil qəzasına düşüb. SİA “A Spor”a istinadən xəbər verir ki, hadisə İstanbulun Beykoz ərazisində baş verib. O, qəzadan sonra xəstəxanaya aparılıb və ayağından kiçik bir əməliyyat keçirdib. Hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edən çalışdırıcı evdə müalicə aldığını bildirib: “Xəstəxanada balaca əməliyyatdan sonra Allaha şükürlər olsun ki, yaxşıyam. Müalicəm evdə davam edir”.
Qeyd edək ki, hazırda klubsuz olan mütəxəssisin son iş yeri “Ankaragücü” olub.