İraq hava hücumundan müdafiə imkanlarını artırır

9 Yanvar 2025 04:55 (UTC+04:00)

İraqın Cənubi Koreyadan aldığı müasir hava hücumundan müdafiə sistemi yaxın zamanlarda ölkəyə gətiriləcək. SİA xəbər verir ki, bu barədə general Təhsin əl-Xəfaci məlumat verib. O qeyd edib ki, hava hücumundan müdafiə, hərbi hava qüvvələri və hərbi aviasiya sahələrində imzalanmış müqavilələr bu il icra olunacaq. General əlavə edib ki, Fransadan çoxməqsədli helikopterlərin alınması ilə bağlı müqavilə mövcuddur. Bu helikopterlər hava qüvvələrinin daşınması, hədəflərin müəyyən edilməsi və quru qüvvələrinə logistik dəstək göstərilməsi məqsədilə istifadə ediləcək. Həmçinin ölkəyə müasir radarlar da çatdırılacaq.