Türkiyə Kubokunda qrup mərhələsinin birinci turunun növbəti oyunları keçirilib. SİA xəbər verir ki, A qrupunda “Trabzonspor” “Antalyaspor”u 3:0 hesabı ilə məğlub edib.
C qrupunda “Eyüpspor” “Boluspor”a 1:0 hesabı ilə qalib gəlib. “Qalatasaray” isə doğma meydanda “Başakşehir”lə heç-heçə edib - 2:2.
D qrupunda isə “Kirklarelispor” evdə “Bodrum”la 4:4 hesablı bərabərliyə razılaşıb.
Xatırladaq ki, I turun ilk oyun günündə “Beşiktaş” klubu “Sivasspor”u 1:0, “Antalyaspor” klubu “Kocaelispor”u 3:1,“ Fatih Karagümrük” klubu “Rizespor”u 1:0 hesabı ilə məğlub edib.