Azərbaycan hakimləri Türkiyədə oyun idarə etdilər

8 Yanvar 2025 21:53 (UTC+04:00)

Azərbaycanlı futbol hakimləri Türkiyənin Antalya şəhərində yoxlama oyunu idarə ediblər.

Azərbaycanlı futbol hakimləri Türkiyənin Antalya şəhərində yoxlama oyunu idarə ediblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rumıniyanın "Universitatea Cluj" və Cənubi Koreyanın "Gangwon" klubları arasında təşkil olunan qarşılaşmanın baş hakimi Əli Əliyev olub.

Ona yan xətt hakimləri Asiman Əzizli və Sevda Nuriyeva köməklik ediblər. Qarşılaşma "Universitatea Cluj"un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, azərbaycanlı hakimlərin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-ə kimi davam edəcək.