Bayden Trampın tənqidçilərini əfv etməsi ilə bağlı açıqlama verir

8 Yanvar 2025 21:06 (UTC+04:00)

...ABŞ prezidenti vəzifəsini tərk edən Cozef Bayden, Donald Trampı sərt şəkildə tənqid edən “bəzi insanları” əfv edə biləcəyini söylədi.

SİA TASS-a istinadən xəbər verir ki, bunu Bayden Amerika mətbuatına müsahibəsində deyib.

ABŞ qanunlarına görə, Trampın andiçmə mərasimindən əvvəl Bayden hələ ittiham olunmamış insanları qabaqcadan əfv edə bilər.

Bu, onların cinayət məsuliyyətinə cəlb olunmasını çətinləşdirəcək.

Müsahibədə Baydendən belə bir fürsətdən istifadə edib-etməyəcəyi və Trampın “proseslər” vəd etdiyi sərt tənqidçiləri əfv edib-etməyəcəyi soruşulub.

…Bu, qismən Trampın vəzifəyə hansı adamları qoymasından asılıdır,- deyə Bayden bildirib.

Onun sözlərinə görə, noyabrda o, Ağ Evdə Trampla danışıb və ona deyib ki, siyasi rəqiblərlə hesablaşmaya çalışmaq lazım deyil.

Bayden hələ "müəyyən insanları" əfv etmək barədə yekun qərar verməyib.

Əvvəllər Trampın tənqidçiləri arasında Nümayəndələr Palatasında Vayominqi təmsil edən Liz Çeyni və ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçi də var idi.

Tramp FTB-nin rəhbəri vəzifəsinə Keş Patelin namizədliyini irəli sürüb və o, seçilmiş prezidenti tənqid edən insanların fəaliyyətini araşdırmağa hazır olduğunu bildirib.

Əli Babayev