Blinken Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək fikrini şərh edib

8 Yanvar 2025 20:54 (UTC+04:00)

...ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qrenlandiyanın ABŞ-a qoşulması ideyası pisdir, praktikada həyata keçirilməyəcək və müzakirəyə layiq deyil.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

...Qrenlandiya ilə bağlı irəli sürülən fikir, şübhəsiz ki, yaxşı fikir deyil. Amma bəlkə də daha önəmlisi, bunun baş tutmayacağı açıq-aydındır. Odur ki, bəlkə də biz bunu müzakirə etməyə çox vaxt sərf etməməliyik.

Blinken bunu Parisdəki danışıqlardan sonra Fransanın xarici işlər naziri Jan-Noel Barrault ilə birgə keçirdiyi konfransda deyib.

...Bu baş verməyəcək, buna görə də bunu müzakirə etməyə vaxt itirməyək.

Əli Babayev