Gürcüstan hökuməti işğal altında olan Qali rayonunun Saberio kəndində baş vermiş faciə ilə əlaqədar yanvarın 9-da matəm elan edib.
SİA xəbər verir ki, bununla əlaqədar Baş nazir İrakli Kobaxidze sərəncam imzalayıb.
Qeyd edək ki, yanvarın 5-də Gürcüstanın Abxaziya bölgəsinin Qali rayonunun Saberio kəndində məcburi köçkün ailəsinə məxsus şəxsi evdə güclü yanğın baş verib. Nəticədə mənzildəki 5 uşaq həlak olub.