Aleksandr Şallenberq Avstriyanın müvəqqəti baş naziri oldu

8 Yanvar 2025 19:35 (UTC+04:00)

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Baş nazir Karl Nehammerin istefasından sonra müvəqqəti baş nazir təyin edilib. Prezident Aparatından verilən məlumatda bildirilib ki, Şallenberq yeni hökumət qurulana qədər bu vəzifəni icra edəcək.

SİA-nın məlumatına görə, sentyabrın 29-da keçirilən parlament seçkilərində ifrat sağçı Azadlıq Partiyası (FPÖ) qalib gəlsə də, digər partiyalar FPÖ ilə koalisiya qurmaqdan imtina etmişdi. Hazırda FPÖ ilə sağ mərkəzçi Xalq Partiyası (ÖVP) arasında danışıqların tezliklə başlayacağı gözlənilir.