Amerika Birləşmiş Ştatlar Sudanın Çevik Dəstək Qüvvələrini və müttəfiq silahlı qruplaşmaları soyqırımda ittiham edib və onların lideri Məhəmməd Həmdan Daqaloya qarşı sanksiyalar tətbiq edib.
SİA-nın məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinken kütləvi cinsi zorakılığı və qaçan mülki şəxslərə hücumları pisləyib.
Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında 2023-cü ildən bəri davam edən vətəndaş müharibəsi Sudanı viran edib, milyonlarla insanı didərgin salıb və əhalinin yarısını aclıqla üz-üzə qoyub.