...Artıq xəbər verildiyi kimi, Rusiyada yanvarın 1-dən etibarən benzin və dizel yanacağına aksiz vergilərinin artırılması planlaşdırılıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, indeksləşmə dərəcəsi 4 faiz təşkil edib.
5-ci sinif benzinə aksiz vergisi bir ton üçün 15,048 min rubldan 15,755 min rubla, dizel üçün - 10,425 min rubldan 10,915 min rubla qədər artıb.
...TASS xəbər verir ki, müvafiq dəyişikliklər əvvəllər Vergi Məcəlləsinə də edilib.
Qeyd edək ki, 2024-cü ilin əvvəlində avtomobil yanacağına aksiz vergilərinin artımı daha ciddi - +4,9 faiz olub.
Nazlı Almuradova