...Yol polisi xatırladıb ki, hazırda Rusiya bayrağının təsviri olan dövlət nömrə nişanlarından istifadə məcburidir. İdarədən aydınlıq gətirilib ki, bu qayda əvvəllər verilmiş nömrələrə şamil edilmir. Bu o deməkdir ki, lövhələrində bayraq olmayan avtomobillərin sahiblərinin təcili dəyişdirilməsinə ehtiyac yoxdur.
SİA-nın məlumatına görə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədi nömrənin yeni qanun qüvvəyə minməmişdən əvvəl quraşdırıldığını təsdiq edəcək və bu, sürücünün məsuliyyətə cəlb edilməsini istisna edir.
2025-ci ildən avtomobillərin qeydiyyatı zamanı verilən bütün dövlət qeydiyyat nişanlarında Rusiya bayrağının təsviri olacaq.
Nəqliyyat vasitəsini yenidən qeydiyyatdan keçirərkən, rus üçrəngli nömrələri quraşdırmalısınız.
Bu qırmızı nömrəli avtomobillər üçün istisna edilir və diplomatik korpusun avtomobilləri üçün bayrağın olması tələb olunmayacaq.
Nazlı Almuradova