90-cı illərin məşhur Honda superkarı yeni vəziyyətdə kəşf edildi

8 Yanvar 2025 23:45 (UTC+04:00)

…ABŞ-da 1991-ci ildə istehsal olunmuş Acura NSX superkarı Bring a Trailer auksionunda satılıb. Məşhur avtomobil üçün 93 min dollar ödəyiblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə hərracın saytında məlumat verilir. ə

Birinci nəsil Acura/Honda NSX kolleksiyaçılar tərəfindən qiymətləndirilən, lakin adətən bir qədər ucuz olan ikonik modeldir.

Avtomobilin qiymətinin yüksək olması onun vaxt kapsulu olması ilə bağlıdır. Yapon superkarı cəmi 22 min km qət edib və investisiya tələb etmir. Əla şəkildə qorunub saxlanılıb və təzə kimi görünür. Kupenin kuzovu qoruyucu filmlə örtülmüşdü.

Acura NSX interyeri dəri ilə işlənib. Avtomobil kondisioner, kruiz kontrol, elektrik oturacaqlar və CD dəyişdiricisi olan audiosistemlə təchiz olunub.

Acura NSX 3,0 litrlik 270 at qüvvəli V6 və 5 pilləli mexaniki transmissiya ilə təchiz edilib. 100 km/saat sürətlənmə 5,9 saniyə çəkir, maksimal sürət isə 270 km/saatdır.

Xatırladaq ki, Acura/Honda NSX Yaponiya konserninin tarixində yeganə superkardır. Üçqat Formula 1 çempionu Ayrton Senna orta mühərrikli modelin birinci nəslinin hazırlanmasında iştirak edib. Avtomobil Yapon Ferrari adlanırdı.

Nazlı Almuradova