Azərbaycanda yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyasına (MSK) təyin etdiyi məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib. SİA xəbər verir ki, bu barədə MSK-nın bugünkü iclasında məlumat verilib.
Komissiyanın katibi Arifə Muxtarovanın təqdimatına əsasən Məhəmməd Yusif oğlu Məhərrəmov partiyanın MSK-ya məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilib.
Qərar səsverməyə qoyularaq qəbul olunub.