Vüqar Həşimovun atası vəfat edib

8 Yanvar 2025 14:45 (UTC+04:00)

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib. Bu barədə SİA-ya Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1949-cu il təvəllüdlü Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. Hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb.