Müstəqilliyimizi əldə etdikdən ötən 33 il ərzində tarixi türk diyarı olan indiki İranın fars-molla rejiminin zaman-zaman enib-qalxan antiazərbaycan fəaliyyətini hər kəs görür və anlayır. Əslində burda gözlənilməz heç nə yoxdur. Azərbaycanın milli azadlığı uğrunda gedən mübarizədə iştrak etmiş və azadlıq əldə edildikdən sonra dövlətçiliyimizin möhkəmlənməsinə gücü daxilində hər cür dəstək vermiş biri olaraq fars-molla rejiminin bizə qarşı mövqe tutacağını müstəqillik əldə edildiyi ilk günlərdən gözləyənlərdən olmuşam. Amma bunu bu qədər açıq-aşkar, nümayişkaranə edəcəklərinə inanmaq istəmirdim. Ən azı, dövlətçilik ənənəsi olan, indiki dünyada sivil dövlət idarəçiliyi, siyasi-diplomatik beynəlxalq münasibətlərə əməl edən heç bir dövlət hər hansı əsas olmadan qonşu dövlətə qarşı bu qədər aqressiv siyasi xətt tutmaz. Hələ Azərbaycan müstəqilliyini əldə etdikdən az sonra, 1992-ci ilin may ayında bu rejimin parlamentində azərbaycanın müstəqilliyinin İran üçün təhdid olduğu qeyd edilən qərarın qəbul edilməsi indiki İran hakimiyyətinin mahiyyətini göstərirdi.Görünən odur ki, cəmi 100 illik dövlətçilik tarixi olan fars rejimi öz məqsədləri naminə bütün baryerləri hoppanaraq keçməyi, istəklərinə nail olmağı qarşılarına məqsəd qoymuşlar. Amma dövlət və dövlətçilik fəlsəfəsi belə siyasətlərin hər zaman fiaskoya uğradığını bizlərə diktə edir.
Tarixə qısaca bir ekskurs edək. Min illər boyu bu gün İran adlanan dövlətin nəzarət etdiyi ərazilər türk xaqanlarının hökmranlığı altında olmuş ərazilərdir. Başqa sözlə, bu gün həmin ərazidə mövcud olan dövlət bilməlidir ki, bu torpaqları min illər boyu qaniçən yadellilərdən qoruyub bu günə qədər VƏTƏN edən məhz türk cəngavərləri və onların Vətən naminə canlarını fəda edən milyonlarla əsgəri olub. Hətta eramızın birinci minilliyinin sonunda fars şairi Əbülqasim Firdövsi “Şahnamə”sində tarixi gerçəklikdən uzaq, özününün yaradıcılıq fantaziyasının məhsulu olan İran haqqında uydurmalarına rəğmən, yenə həmin poemadan ötən min il ərzində də bu diyarı türklər qorumuş, türklər VƏTƏNə çevirmişlər. Danılmaz tarixi faktdır ki, Səlcuqlar da, Atabəylər də, Şirvanşahlar da, Ağqoyunlular da, Qaraqoyunlular da, Səfəvilər də, Əfşarlar da, Qacaqlar da türk soyundan olublar və son minillikdə indiki İranın bütün əraziləri daxil olmaqla orta Asiyanın böyük bir hissəsinə hökmranlıq etmişlər. XIX əsrdən başlayaraq türk dünyasına qarşı birləşən böyük güclər, aralarındakı bütün problemləri arxa plana keçirərək türkün qüdrətini azaltmaq və onu tarixin aparıcı xalqı kimi səhnədən çıxarmaq siyasətinə rəvac vermişlər. Qərbdə Osmanlıya, orta şərqdə Qacarlara, Mərkəzi Asiya və Uzaq şərqdə Qıpçaq türklərinə qarşı vahid cəbhə yaradan həmin güclər unudurdular ki, türklərə müvəqqəti qələbə çalmaq olar, amma onları bəşəriyyətin aparıcı qüvvəsi kimi sıradan çıxarmağa gücləri yetməz. Çünki türklər tanrının yer üzündəki vuran qoludur və nə zaman yer üzündə mizan pozulursa, tanrının verdiyi güclə dünyanı yenidən nizama salmaq kimi ümumbəşəri bir missiyanın daşıyıcısıdır. Qüdrətli Osmanlı imperiyası ilə digər türk ellərini ayrı salmaq həmin böyük güclərin antitürk siyasətinin ana xətti idi. Bunun üçün onlara türklərlə düşmən olan kiçik xalqları ələ almaq, onlardan istifadə etmək gərəkirdi. Düşünən beyinlər bu istəklərini reallaşdırmaq üçün iki toplumu seçdi:farslar və ermənilər!
Erməniləri necə dirçəltmələri, onlara türk dünyasının ortasında necə dövlət qurmaları artıq hər kəsə məlumdur. Odur ki, bu haqda danışıb vaxt almağa lüzum görmürəm. İkinci toplumu – farsları isə...
Qəribədir, XX əsrın əvvəlində İran adlanan məmləkətdə iki demokratik inqilab baş verdi. Səttarxan Salarinin və Şeyx Məhəmməd Xiyabaninin başçılıqları ilə reallaşan hər iki inqilabın rəhbərləri, məhz xarici güclərin əli ilə qətlə yetirildi və inqilablar yatırıldı. 1925-ci ildə isə əslində Palanilər sülaləsindən olan Rza adlı bir mehtəri taxta çıxararaq, Rza Şah Pəhləvi elan etdilər. Tarixi faktdır ki, Rza o zaman İngiltərənin və Hollandiyanın İrandakı səfirliklərində atlara baxan mehtər olmuş və bu mehtəri hazırlayıb İranda taxta çıxarmağa nail olmuşlar. Məqsəd isə fars millətindən olan bu mehtərin əli ilə tarix boyu türk yurdu olmuş bir məmləkəti farslaşdırmaq, nəticədə türk dünyasının ortasında ikinci və daha böyük bir “qara yara” formalaşdırmaqdan ibarət olmuşdur. Bu deyilənləri sübut etmək üçün hansısa mənbə, konkret fakt axtarmağa lüzum yoxdur. Azca baş işlətmək kifayətdir ki, bütün bunların danılmaz həqiqət olduğunu qəbul edək. Axı necə olur ki, dünyanın hər yerində monarxiyaların ləğvinə, konstitutsiyalı, sivil dövlətlərin qurulmasına dəstək verən dünya gücləri, İranda baş verən və həmin dövrdə dünyanın istədiyi konstitutsiyalı sivil dövlət qurulmasına köklənmiş iki inqilaba dəstək vermək əvəzinə, onu boğur, məhv edir, əvəzində isə yenə monarxiyaya əsaslanan şahlıq rejiminin davamına dəstək verilir? Demək dünya gücləri üçün monarxiyanın məhvindən daha vacib problem məhz türk problemi idi və İranda fars rejimini gücləndirməklə gələcəyə yönlənmiş bu siyasətlərini reallaşdırmağı daha üstün tutmuşlar.
Daha bir tarixi məqam. İkinci dünya müharibəsindən sonra İran-fars rejiminin zəiflədiyini görən həmin güclər şahlıq rejimini yeni bir rejimlə əvəzləmək qərarına gəldilər. Yenə qəribədir ki, 1946-cı ildə Pişəvərinin rəhbərliyi ilə qurulan cümhuriyyət qan içində boğuldu və dünya da bunu normal hal kimi susaraq izlədi. Çünki bu cümhuriyyət türk cümhuriyyəti idi və böyük güclərin planlarına daban-dabana zidd idi. 46-cı il hadisələrindən sonra bir müddət fasilə verən böyük güclər İranda dini rejim yaratmağa qərar verdi. Burda iki məqsəd var idi: birinci məqsəd din bayrağı altında bu ölkədə yaşayan insanları anti-türk ovqatı ilə formalaşdırmaq, sünni-şiə ədavətindən istifadə edərək, türklərə nifrəti gücləndirmək; ikinci məqsəd isə, məhz onların əli ilə yaranan İslam Respublikasında dini fanatizmi elə səviyyəyə qaldırmaq ki, insanlarda islam dininə nifrət hissi formalaşdırmaq! Daha qəribəsi isə odur ki, yenə, 1979-cu ildə də İranda baş verən inqilaba rəhbərlik edən türk əsilli Bəxtiyar idi. Və yenə, əslən Şimali Azərbaycandan olan Bəxtiyar xalq tərəfindən İranın rəhbəri seçilsə də, Fransada illər boyu dərs alan Xomeyni ölkəyə gələn kimi Bəxtiyarın İranı tərk etməsini tələb etdi. Bəxtiyar ölkəni tərk etməyə məcbur olduqdan sonra, guya ki, böyük güclərin düşməni olduğunu göstərmək məqsədilə ABŞ-nin, İngiltərənin İrandakı səfirliklərini bağlatdırdı və ölkədən qovdu(?)...
İranda fars-molla rejiminin hakimiyyətdə olduğu 45-46 ili diqqətlə öyrənib analiz etdikdə, heç bir şübhə yeri qalmır ki, guya qərb dövlətləri ilə düşmən olduğunu göstərməyə çalışan molla rejimi dövləti birbaşa həmin güclərin diktəsi ilə idarə edir. İlk növbədə İrandakı “dini dəyərlər” kimi təqdim olunan məqamlara diqqət yetirək. İslam dininin ən böyük dəyəri olan haqq və ədalət prinsipi bu ölkədə köklü şəkildə yox səviyyəsindədi. Haqqını, hüququnu tələb edən on minlərlə insanın həbsxanalara salınması, yüzlərlə insanın tabesizlik etdiyinə görə edam edilməsi və böyük güclərin bunu susqunluqla seyr etməsi hər kəsə gün kimi aydındır. İslamın ən böyük dəyərinə belə hörmətsizlik edən bir ölkə necə “İSLAM RESPUBLİKASI” adlana bilər? Müqəddəs Qurani-Kərim qədər qadın haqlarını tanıyan və onu müdafiə edən ikinci bir təlim yoxdur. Rəbbin kəlamları ilə yazılan müqəddəs kitabdakı bu ali prinsiplərdən biri olan məqam İran adlanan məmləkətdə yerlə yeksan edilirsə, bu ölkəni necə “İSLAM RESPUBLİKASI” adlandırmaq olar? Hamımızın bildiyi daha bir fakt. Ermənistan terrorçuları müsəlman ölkə olan Azərbaycanda on minlərlə günahsız müsəlmanı öldürüb, müsəlman qəbirlərini, pirləri dağıdıb, 63 məscidi tamamilə yerlə yeksan edib, iki məsciddə donuz, inək saxlayıb. Bütün bu və dogər saysız-hesansız anti-islam əməlləri törədən ermənilərə fars-molla rejiminin verdiyi dəstək hər kəsə bəllidir. Allahın rəsulu Məhəmməd Peyğənbərin (s.s.) hədislərində “dünyanın harasında bir müsəman dardadırsa, ona kömək etməyə getməyən müsəlman deyil” buyruğunu bu qədər heçə sayan bir rejim necə “İSLAM RESPUBLİKASI” adlandırıla bilər? Bütün bunlar İrandakı fars-molla rejiminin islamdan da məhz özünün və onu idarə edən qərb dünyasının maraqlarını həyata keçirmək üçün istifadə etdiyini göstərir ki, bu da allah qatında ən böyük günahlardandır.
İranda bu gün hakimiyyət səviyyəsində anti-türk ideologiyasının mövcudluğunu görməmək mümkün deyil. Həm Azərbaycan, həm də Türkiyə tərəfindən dəfələrlə uzanan əlləri ya geri çevirən, ya da riyakarcasına həmin əli tutsa da, arxa planda öz məkrli niyyətini reallaşdırmağa cəhd edən fars-molla rejiminin türklə dost olmağa qərbdən qoyulan qadağanı canla-başla icra etdiyinə bariz nümunədir. Axı həm Türkiyə, həm Azərbaycan yetkililəri dəfələrlə İranın daxili işlərinə qarışmadığını, İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını dilə gətiriblər! Bu, İranın indiki rejimindən çəkinmək deyil, sadəcə türkün qanında olan sülhə, meribanlığa, qonşu dövlətlər olaraq birgəyaşayışa üstünlük verdiyindən irəli gələn məqamdır. Əvəzində isə İran bütün məqamlarda hər iki qonşu dövlətin maraqlarına qarşı açıq mövqe qoyur ortaya. Yəni, sülh şəraitində yaşamaq üçün türkün içindən gələn bu istəyinə fars-molla rejimi hər zaman əks mövqe nümayiş etdirir. Niyə? Çünki təlimat belə verilir. Əks-təqdirdə rejimi dağıtmaq üçün qərb hərəkətə keçər ki, bu da artıq cana yığılmış İran vətəndaşlarına fürsət verə bilər...
Nəhayət, qərbin molla rejimindən istifadə etdiyi daha bir mühüm məqam. Şahlıq dövründə İranın xaricdə proksi qüvvələri olmayıb. Məhz fars-molla rejimi müxtəlif adlarla əvvəllər mövcud olmuş bəzi silahlı birləşmələrə dövlət səviyyəsində dəstək verməklə yanaşı, özü də yeni proksi qüvvələr formalaşdırmağa başladı. Kürəsəl güclərin siyasətində bir xüsusi qeyd olunan məqam var. Onlar ən etibarlı tərəfdaşları ilə bəzən özünü düşmən kimi göstərir və hər kəs onları düşmən bilir. Əslində isə daha qlobal səviyyədə razılaşdırılmış birgə məqsədərini həyata keçirirlər. Kürəsəl güclərin əsas mərkəzlərindən olan İsrailin Fələstinə, Livana, İordaniyaya, Suriyaya hərbi müdaxilə etməsinə bəhanə vermək üçün məhz fars-molla rejimindən lazım olduqca istifadə edirlər. İş o yerə çatdı ki, Qafqazda, Azərbaycanla ermənilər arasında həm birinci, həm də 44 günlük ikinci savaş dönəmində hezbullah və həmasdan ermənilərə dəstək verilirdi. Qətiyyən şübhə etmək olmaz ki, onlara bu tapşırıq İrandan, İrana isə böyük siyasətlərinin puç olduğunu görən qərbdən gəlmişdi. Qloballaşan dünyada, İsrail tərəfin planlaşdırdığı hərbi əməliyyatlarına özünümüdafiə donu geydirmək üçün də fars-molla rejiminin həmin proksi-qüvvələrindən istifadə olunur. Nəticədə on minlərlə günahsız müsəlman qətlə yetirilir, milyonlarla müsəlman evsiz-eşiksiz qalır. Elə bu günümüzdə Suriyadakı yeni düzənlə bağlı fars-molla rejiminin tutduğu mövqe də həmin gizli oyunun bir hissəsidir. Heç şübhəsiz, İranı idarə edənlərdən verilən tapşırıqdır ki, Suriyanı içindən yenə qarışdırmaq lazımdır. Necə deyərlər, böyük güclər həmişə ilanı Seyid Əhməd əli ilə tutmağa üstünlük veriblər. Fələstində, Livanda, Yəməndə olduğu kimi Suriyada da Seyid Əhməd rolunu yenə fars-molla rejimi oynayır. İş o yerə çatıb ki, Suriyada ac-yalavac qalan müsəlman əhaliyə maddi yardım edən Azərbaycanı qınamaqdan belə çəkinmirlər.
Son illər baş verənlərlə bağlı da analitik nəticələrimə diqqət çəkmək istərdim. 2024-cü ilin əvvəllərindən başlayaraq İranın o zamankı Prezidenti İbrahim Rəisi böyük güclərdən alınan təlimata zidd olaraq Türkiyə, Pakistan və Azərbaycanla münasibətlərdə yeni mövqe ortaya qoymaq istədi. Əvvəl Türkiyəyə, ardınca Pakistana rəsmi səfərlər etdi. Sonra Azərbaycana gəldi və qayıdanda “helikopter qəzası”(?) nəticəsində həlak oldu. Qəribədir, deyilmi? İranın indiki rejimi türk dünyasına qarşı antoqanist olmaq tapşırığı aldığı halda İran Prezidenti iki aparıcı, bütün türk dövlətlərini birləşdirmək missiyasını uğurla həyata keçirən türk dövlətləri ilə və hər iki türk dövləti ilə strateji müttəfiq olan Pakistanla münasibətlərdə yeni siyasi xətt götürür. Və birdən ölkənin Prezidentini və digər rəsmi şəxsləri daşıyan helikopter dumana düşür, qayaya çırpılır və içindəkilərin hamısı ölür! Gülməli deyilmi? Dünyanın ən zəif dövlətinin belə başçısını daşıyan nəqliyyat vasitəsinin necə qorunduğunu bilməyən yoxdur. Necə olur ki, Prezidentin içində olduğu helikopteri müşahidə edən digər helikopterlərin hər ikisi salamat qalır? Qoy kimsə məni qınamasın, anladığım və nəticəyə vardığım fikrimi deyəcəm: həmin helikopter qəzası planlaşdırılmış şəkildə həyata keçirilmiş terror aktı idi. Böyük güclərdən aldığı tapşırığın əksinə olaraq İbrahim Rəisinin türk dövlətləri və Pakistanla isti münasibətlər yaratması qlobal gücləri narahat etməyə bilməzdi. Ya onlardan Xomeneyi cənablarına tapşırıq gəldi ki, Rəisi aradan götürülsün, ya da özləri bunu icra edib Xomeneyidən də onu araşdırmamağı tələb etdilər. Əminəm ki, heç bir faktı örtülü saxlamayan tarix, vaxt gələcək, bunun həqiqət olduğunu ortaya qoyacaq... Sonra ölkədə yeni Prezident seçkilərinə başlandı. Bilərəkdən bu dəfə türk əsilli İran vətəndaşı Pezeşkian rejimin dəstəyi ilə Prezident seçildi. Ağzı isti yerdə olan Pezeşkian namizədlik dövründə yağlı-yağlı vədlər verdi, İrandakı türklərin hüquqlqrı ilə bağlı da fikirlər səsləndirdi. Hələ o zaman demişdim ki, bu, fars-molla rejiminin növbəti anti-türk oyunudur. Pezeşkiana Xomenei dəstək verdi və onu - türkü İran Prezidenti elədi. Məqsəd İranda türklərin hüquqlarına kömək etmək deyildi. Məqsəd türk Prezidentin öz əli ilə İrandakı türklərin əzilməsini davam etdirmək idi ki, buna da nail olmaqdadır. Baxın, Pezeşkian KOP-29-da iştrak etmək üçün Bakıya gəlməyə hazırlaşdı, qərbdən Xomeneiyə, Xomeneidən də Pezeşkiana göz ağardıldı və səfər gerçəkləşmədi. Pezeşkian İranda “Məcburi hicab haqqında” Qanuna qarşı çıxdı, amma qanun təsdiqləndi. İcrası müvəqqəti dayandırılsa da, faktiki olaraq bu Qanun artıq var və istənilən anda icra olunmağa yönləndirilə bilər. XXI əsrdə belə Qanun qəbul edən ölkəyə isə buna görə heç bir təzyiq olunmadı...
Böyük şairimiz B.Vahabzadənin məşhur şeirini xatırladım. Qızılı da, poladı da döyürlər, polad bərkdən səs edir. Qızıl bunun səbəbini soruşanda deyir ki, sən qızılsan, səni polad döyür, ona görə səsin yavaş çıxır, amma mən də poladam, məni döyən də poladdı, ona görə var gücümlə bağırıram. Bu gün türkün əli ilə türkün əzilməsi oyununu işə salıb fars-molla rejimi. Pezeşkianın bir türk olaraq nəyəsə nail olacağını gözləyənlər, bu mənada yanılırlar. Edərsə, aqibətinin Rəisinin aqibəti kimi olacağını da yaxşı bilir...
Bütün deyilənlərə yekun vuraraq, fars-molla rejiminin, eynilə ermənilər kimi türkün üzərinə böyük güclər tərəfindən salındığına, həmin güclərin yaxın və orta şərqdə istəklərinə nail olmaları üçün fars-molla rejimindən maşa kimi istifadə etdiklərinə şübhə edənlərə bir tarixi faktı da xatırlatmaq istəyirəm. Qurani-Kərimdə səmavi dinlərin yaradıcısı, tanrı elçisi İbrahim Xəlilullah Azər oğlu kimi qeyd edilir. Digər səmavi kitablar olan Tövratda və İncildə isə Turuk, Turk oğlu olduğu yazılır. Elmi araşdırmalar nəticəsində müəyyən edilib ki, İbrahim Xəlilullah o dövrün ən böyük tayfalarından olan Azər şəcərəsinə mənsub olub və atasının adı Türk (hər iki səmavi kitabın yazılışında sait səslərin hərfi işarəsi olmadığından müxtəlif dillərdə bu söz Turuk, Turek, Terek və s. kimi işlənib-T.N.) olub. İbrahim Xəlilullahın üç xanımdan 11 övladı olub. Həbəş qızı Hacərdən İsmayıl, Azər qızı Saradan İshaak, ilk xanımı olan Azər qızı Qanturadan isə altı oğlu və üç qızı dünyaya gəlib. Yəni İbrahim Xəlilullahın Azər şəcərəsindən olduğu və Türk olduğu elmi əsaslala təsdiqini tapıb ki, bu gün Qanturadan olan övladları məhz türk etnosunu formalaşdırıb (Oğuz xan İbrahim Xəlilullahın yeddinci nəvəsidir – T.N.). İbrahim Xəlilullahı oda atıb yandırmaq istəyən Babil hökmdarı Nəmrud olub. Babillərin isə indiki davamçıları əsasən hindlilər olsa da, farslar və qismən haylar da babillərin törəmələri hesab olunur. Yəni, min illər əvvəl də babillərin və onların törəmələrinin türklərlə ədavəti olduğu tarixi faktdır. Eramızdan əvvəl türk hökmdarı Tomirislə fars hökmdarı II Dara arasındakı məlum tarixi savaş, eramızın əvvəllərindən başlayaraq davam edən və Ə.Firdövsinin “Şahnamə”sində fars qəhramanlığı kimi təqdim olunan İran-Turan savaşları və digər tarixi faktlar onu deməyə əsas verir ki, İbrahim Xəlilullah dövründən başlamış ədavət, min illər boyu fars şovinizminin qəlbində yaşadılır. Həmişə sonda məğlub tərəf olsa da, erməni-hay keşişləri kimi, fars şovinistləri də bu ədavəti daim nəsillərin yaddaşlarına həkk edirlər.Bu faktı yaxşı bilən kürəsəl güclər də buna görə türklərə, türk dünyasına qarşı babil tör-töküntülərindən – farslardan və haylardan istifadə edirlər. Baxmayaraq ki, min illərdi bu ədavətdən ən böyük zərəri də onlar özləri çəkib, yenə kimlərəsə maşa olmaqla ədavətlərini sürdürürlər. Məncə bu faktı türk qanı daşıyan hər kəs bilməli və unutmamalıdır. Biz tarix boyu nə qədər sülhpərvər, ədalətli bir xalq olduğumuzu, düşmənə qarşı isə nə qədər güclü və qətiyyətli olduğumuzu sübut etmiş böyük bir xalqıq. Ancaq nə etməli ki, hələ də min illərin ədavətini içində gəzdirən və hər fürsətdə bizə zərbə endirməyə hazır olanlar var. Belələrinə qarşı daim qalxanlı olmalıyıq, gələn zərbədən özümüzü qorumalı və əks-zərbə endirməliyik. Zərbələrimizin dadın çox görüblər, lazım gəlsə yenə görəcəklər. Bunun üçün isə unutqanlıq mərəzindən xilas olmalıyıq. Əks-təqdirdə tarixin hökmü ilə bizə qonşu olan babil törəmələri fürsətdən yararlana bilərlər. Onlarla indiki dünyada “dost” olmaq olar, amma məşhur atalar sözündə deyildiyi kimi, çomağımızı əlimizdən yerə qoymamalıyıq. Özümüzü dərk etmək, özümüzə qayıtmaq zamanıdır, tanrı min illərdə bir dəfə bir millətə qüdrətli dühalar bəxş edir. Bu minilləiklər sırasında şanslı bir dönəm də bu günlərimizdi. Bu günlərə dəyər verib, Ərdoğan və Əliyev dühalarının yaratdıqları tarixi şansı əldə saxlamaq yolu məhz özümüzü tanımaqdan, düşmənimizin məramını öyrənməkdən keçir. Tanrı türkə hər zaman dayaqdır. Çünki türk tanrının yer üzündəki vuran qoludur. Tanrının vuran qoluna çoxları zərbə endirmək istəyər, amma alacağı zərbədən çətin ayaqlana bilər.
TANRLI TÜRKÜ QORUSUN! AMİN!
Təhmasib Novruzov
Azadlıq Hərəkatçıları İctimai
Birliyinin sədri, yazıçı-publisist