...İsrail xalqı və ordusu Türkiyə ilə mümkün müharibəyə hazırlaşmalıdırlar, çünki Ərdoğanın islamçı rejimindən gələn təhlükə hətta İranın çağırışını da keçə bilər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu ölkənin ən böyük yəhudi ingilisdilli nəşri “The Jerusalem Post” yazır.
Materialın müəllifləri qeyd edirlər ki, İsrail hökumətinin Naqel Komitəsi bu yaxınlarda bəyan edib ki, guya rəsmi Ankara Osmanlı İmperiyası dövründən öz təsirini bərpa etməyə çalışır və bunun Qüdslə silahlı münaqişənin başlanması təhlükəsi yüksəkdir.
...İsraillə qarşıdurmada türklərin Ankaraya sadiq bir rəhbərliyin hakimiyyətə gəldiyi Suriya ilə birləşə biləcəyi də vurğulanır.
Qeyd edək ki, ötən bazar günü, yanvarın 5-də komissiya İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri İsrael Kats və ölkənin digər yüksək səviyyəli rəsmiləri ilə görüş keçirib. Görüşdə Türkiyə ilə hipotetik müharibəyə hazırlaşmaq üçün qabaqlayıcı tədbirlər müzakirə edilib.
...Biz Yaxın Şərqdə əsaslı dəyişikliklər görürük. İran çoxdan bizim ən böyük təhlükəmizdir, lakin arenaya yeni qüvvələr daxil olur və biz gözlənilməzliyə hazır olmalıyıq.
...Nəşr bunu Netanyahudan sitat kimi vurğulayıb.
Əli Babayev