DİQQƏT: Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək - QURUM RƏSMİSİ DANIŞDI

8 Yanvar 2025 14:02 (UTC+04:00)

Son zamanlar hərbi xidmətə çağırışla bağlı möhlət hüququnun verilməsi bir çox insanlar arasında çaşqınlıq doğururdu. SİA-nın "Hərbi xidmətə çağırış haqqında qanunda təhsili məhdudlaşdıran yaş həddi varmı? Yəni bakalavr təhsili alan tələbə daha sonra ilk magistr təhsilinə 27-28 yaşında daxil olsa, hərbi xidmətdən möhlət veririlir, yoxsa verilmir?"sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən cavab verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, dəyişikliklərə əsasən bakalavr səviyyəsində təhsil alanlara 24, magistr pilləsində təhsil alanlara isə 26 yaşınadək möhlət hüququ veriləcəkdir: "Qeyd olunan yaş həddinə çatmış çağırışçı təhsilini donduraraq, müddətli həqiqi hərbi xidmətə gedəcək, ehtiyata buraxıldıqdan sonra isə təhsilini davam etdirə biləcək”.

Ayşən Vəli