Tramp Kanadanı ABŞ-ın bir hissəsi kimi göstərən xəritə paylaşıb

8 Yanvar 2025 10:42 (UTC+04:00)

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ölkəyə 51-ci ştat olaraq daxil olmaq istədiyi Kanadanın ABŞ-ın bir hissəsi olduğu xəritəni paylaşıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu xəritəni "Truth" sosial media platformasındakı hesabında izləyiciləri ilə paylaşıb.

Uzun müddətdir Kanadanın ABŞ-ın bir hissəsi olması lazım olduğunu iddia edən Trampın paylaşdığı xəritədə Kanada və ABŞ vahid ölkə olaraq görünür. Trampın postunun Kanadanın baş naziri Castin Trüdonun istefa verdiyini elan etməsindən sonra gəlməsi diqqət çəkib.

Kanadalıların da ABŞ-ın bir hissəsi olmaq istədiklərini iddia edən Tramp Trüdo üçün də dəfələrlə “qubernator” ifadəsini işlədib. ABŞ-ın Kanadanın yaşaması üçün ehtiyac duyduğu böyük ticarət kəsirlərini və subsidiyaları artıq ödəyə bilməyəcəyini bildirən Tramp, Trüdonun bu səbəbdən istefa verdiyini iddia edib.