Qızıl və gümüşün qiyməti azalıb

8 Yanvar 2025 10:00 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,2% azalaraq 2 660,2 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,13% azalaraq 30,65 ABŞ dollarına bərabər olub.