Türkiyədə zəlzələ oldu

8 Yanvar 2025 08:03 (UTC+04:00)

Türkiyənin Ərzurum şəhərində 4,5 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:30-da şəhərin Pasinlər rayonunda qeydə alınıb. Zəlzələnin episentri 14.81 kilometr dərinlikdə olub.