Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional Rəhbərliyinin baş naziri Məsrur Bərzanini paytaxt Ankarada qəbul edib.
SİA-nın məlumatına görə, Prezident İqamətgahında baş tutan görüşdə başda terrorla mübarizə olmaqla regional məsələlərin müzakirə edildiyi bildirilib.
Görüşdə xarici işlər naziri Hakan Fidan da iştirak edib.