Sənət dünyası üçün kədərli gün!

7 Yanvar 2025 15:02 (UTC+04:00)

Dünya şöhrətli skripkaçı Ayla Ərduran 90 yaşında dünyasını dəyişib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, dünya şöhrətli skripkaçı Ayla Ərduran 90 yaşında dünyasını dəyişib. 1970-ci ildə Hollandiyada "Bethoven" mükafatını qazanan Ayla Erduran 1971-ci ildə Türkiyə Cümhuriyyətinin Dövlət Artisti adını alıb.

Pianoçu Gülsin Onay sosial media hesabından Ərduranın vəfatını açıqlayıb. Onay bildirib: "Nə böyük itki... Ayla Ərduranı itirdik. Böyük skripkaçımız, bənzərsiz musiqiçimiz artıq aramızda deyil. Onun sənəti, musiqisi ilə toxunduğu ürəklər bizi hər zaman xatırlayacaq. Belə bir sənətkarın bu torpaqlardan keçməsi lazımdır”.