Livan ordusu İsraillə sərhəddəki kəndə daxil oldu

7 Yanvar 2025 03:30 (UTC+04:00)

Livan ordusunun bölmələri Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlıları ilə birlikdə İsraillə sərhəddə yerləşən An-Nakura kəndinə daxil olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hərbçilər şəhərin qərb girişində və Vadi Hamul ərazisindən gələn magistral yolda postlar qurublar.

Xatırladaq ki, bundan əvvəl UNIFIL-in qərargahında Livan-İsrail sərhədində atəşkəs monitorinqi komitəsinin iclası keçirilib. İclasda ABŞ Prezidentinin köməkçisinin müavini Eymos Hokstin vasitəçi qismində iştirak edib.