Azərbaycan millisinin futbolçusu "Turan Tovuz"a keçib

6 Yanvar 2025 21:55 (UTC+04:00)

“Turan Tovuz” heyətini yeni oyunçu ilə gücləndirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, bölgə təmsilçisi Rəhim Sadıxovu transfer edib. 28 yaşlı yarımmüdafiəçi ilə 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanılıb. Son olaraq “Sumqayıt”da forma geyinən futbolçu, ölkəmizdə “Zirə”, Rusiyada “Solyaris”, “Spartak-2” və “Torpedo” klublarının şərəfini qoruyub.

Rəhim Sadıxov əsas milli komandamızın heyətində 9 oyunda meydana çıxıb.