Rusiya Silahlı Qüvvələrinin Mərkəz qrupunun 6-cı tank alayının atıcısı Aleksandr Lopatov döyüş meydanında duanın köməyi ilə atəş altından xilas ola bilib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə döyüşçünün özü məlumat verib.
...Bu mövqe idi. Və dua etdim. Mən sadəcə dua etdim və Allah oradan çıxmağıma kömək etdi. Mən güc topladım, cəsarət topladım və müəyyən tədbirlər görməyə başladım, - deyə rus əsgəri bildirib.
Beləliklə, Lopatov Ukrayna Silahlı Qüvvələrinin minaatan atəşindən aldığı qəlpə yaralarından sonra dua vasitəsilə xilasdan danışıb.
Rusiya Silahlı Qüvvələrinin əsgərinin sözlərinə görə, yaralanandan sonra Ukraynanın atəşi altına düşmədən başqa mövqe tutmaq şansı demək olar ki, yox idi.
Bundan əvvəl Krasnoqorovka sakini minalanmış sahədən velosipedlə Rusiya Silahlı Qüvvələrinə çatıb. Rus əsgərləri pilotsuz uçan aparat vasitəsilə kişinin hərəkətini təsbit edib və atəş açmamaq əmri verib.
Əli Babayev