Müğənni Lolita Milyavskaya sosial şəbəkələrdə Fars körfəzi sahillərində dostu, məşhur dizayner İqor Qulyayevlə birlikdə olduğu istirahətindən video yayımlayıb.
…Üstəlik, kadrlarda sənətçi öz bədənini də nümayiş etdirir. SİA-nın məlumatına görə, bu barədə 7Dney.ru yazır.
Görüntülərdə 61 yaşlı Lolita tam “əndamıyla” çəkilib. Müğənni eyni zamanda dərin dekolteli qara çimərlik paltarı və ona uyğun papaq geyinib.
Bununla da sənətçi qüsurlarını gizlədib və fiqurunun üstünlüklərini göstərməyə çalışıb.
Qeyd edilməlidir ki, bundan əvvəl Lolita “tək yata bilmədiyini”, yəni yeni münasibət haqqında düşündüyünü demişdi.
Deyilənlərə görə, bu fikir müğənninin ağlına xəstələnəndə gəlib. Rəfiqəsi ona baş çəkib dərman gətirəndə sənətçi özünü çox pis hiss edib. O, sənətçiyə yaxınlıqdakı etibarlı kişidən istifadə edə biləcəyini də xatırladıb (ola bilsin tək yataqda üşüyürmüş? A.B.)
Məhz bu hadisədən sonra Milyavskaya şəxsi həyatı haqqında düşünüb. (…say hesabı onuncu,..kim dedi ki, sonuncu –A.B.)
…Bəlkə həqiqətən də birini tapmağa dəyər ki, özümü pis hiss edəndə kimsə orada olsun? Xeyr, mən zəncəfil çörəyinin başını dişləməyi üstün tuturam! İzləyicim məni qidalandırır, özünü pis hiss etdiyinə görə onun yanımda olması daha yaxşıdır.
Bunu Lolita düşünüb..?
Qeyd edək ki, “o birilərini yada salmasaq” Lolita Milyavskaya beş dəfə evlənib. İlk əri Alexander Belyaev olub. Onlar Moskva Dövlət Mədəniyyət İnstitutunun Tambov filialında birlikdə oxuyublar. Evlilik üç ildən sonra dağılıb. İkinci ər rəssam qardaşı Vitali Milyavskinin dostu idi. Lolitanın özünün də etiraf etdiyi kimi, bu evlilik uydurma idi və nikah zamanı o, artıq şoumen Alexander Tsekalo ilə görüşürdü.
Belə ki, cütlük paytaxtda kommunal mənzildən iki otaq almağa çalışıb.
Daha sonra Lolita və Tsekalo evləndilər. Bu evlilik o qədər xoşbəxt görünürdü ki, pərəstişkarları üçün onları ayrı təsəvvür etmək belə çətin idi.
Ancaq 12 il sonra onlar ayrıldılar.
Bu dəfə müğənninin say hesabı dördüncü əri iş adamı Aleksandr Zarubin oldu. Lolita onunla beş il evli qaldı.
Onun sonuncu (?) həyat yoldaşı Belarusiyalı tennisçi, fitnes üzrə məşqçi Dmitri İvanov idi. İdmançı seçdiyindən 11 yaş kiçikdir. Onların evliliyi rəsmi olaraq on il davam etdi. Boşanma səbəblərini deyən Lolita ərini xəyanətdə ittiham edib.
Və indi 61 yaş Lolita üçn nədir ki..?
Nazlı Almuradova