...Rusiyada, Vladimir şəhərindəki 5 saylı Olimpiya Ehtiyatları İdman Məktəbinin bədii gimnastika üzrə məşqçisi ilə bağlı cinayət işi açılıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə vəkil Vladislav Lunkov danışıb.
Beləliklə, vəkil bildirib ki, gimnastların məşqçi tərəfindən döyülməsi ilə bağlı cinayət işi açılıb.
Belə ki, bundan əvvəl Lunkov VK sosial şəbəkəsində 5 saylı bədii gimnastika məktəbinin şagirdlərindən birinin anası qızının məşqlərdən birindən sonra üzündə qançırlarla evə qayıtdığını bildirən video yayımlayıb.
Bundan əlavə, videoda məşqçinin idmançını təhqir etdiyi, nalayiq ifadələr işlətdiyi, qışqırdığı və onu hədələdiyi audioyazı var.
RF İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Vladimir vilayətində bədii gimnastika məktəbinin şagirdlərinə qarşı qanunsuz hərəkətlərlə bağlı cinayət işinin başlanması barədə göstəriş verib.
Nazlı Almuradova