İraqın şimalında terrorçular uğurlu əməliyyatla zərərsizləşdirildi

6 Yanvar 2025 18:03 (UTC+04:00)

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) uğurlu əməliyyatlarına yenisini əlavə etdi.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, PKK/KCK terror təşkilatının üzvləri "Mitra Mani" kod adlı Zeynəb Aslan və "Ekin Dilda" ləqəbli Zəliha Mahçup İraqın şimalındakı Hakurk bölgəsində zərərsizləşdirilib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT terror təşkilatının silahlı qadın təşkilatlanması daxilində fəaliyyət göstərən Z.Aslan və Z.Mahçupun Türkiyədəki strateji hədəflərə hücum etmək üçün təlim keçdiklərini öyrəndi.

Sərhədi keçmək üçün hazırlıq gördükləri müəyyənləşdirilən terrorçuları izləyən MİT onları Hakurkda təşkil etdiyi əməliyyatla zərərsizləşdirdi.

Hər iki nəfərin terror təşkilatına 2015-ci ildə qoşulduğu qeyd edildi.