Sumqayıtda dəm qazından zəhərlənənlərin son vəziyyəti NECƏDİR? - QURUMDAN AÇIQLAMA

6 Yanvar 2025 12:02 (UTC+04:00)

Xəbər verdiyimiz kimi ötən gün Sumqayıtda zəhərlənmə hadisəsi baş verib. TƏBİB-dən SİA-ya verilən məlumata görə, yanvarın 5-i saat 01:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 4 nəfər, Uşaq Xəstəxanasına isə 1 nəfər hospitalizasiya olunub.

Məsələ ilə bağlı SİA-ya açıqlamasında Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı bildirib ki, dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar.