Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

6 Yanvar 2025 02:07 (UTC+04:00)

Türkiyənin Muğla bölgəsində zəlzələ olub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ 4 bal gücündə qeydə alınıb. Ötən gün yerli saatla 21:43-də qeydə alınan zəlzələ nəticəsində heç bir itki olmayıb.