Vaşinqtonda fövqəladə vəziyyət elan edildi

6 Yanvar 2025 02:16 (UTC+04:00)

aşinqtonda yerli hakimiyyət gözlənilən qar fırtınası ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib. SİA xəbər verir ki, bu barədə Amerika paytaxtının meri Muriel Bauzerin ofisi məlumat yayıb. Fövqəladə vəziyyət yanvarın 5-i elan edilib və yanvarın 7-si daxil olmaqla, qüvvədə qalacaq. Yerli hakimiyyət orqanları avtomobil sahiblərini məcburi təxliyə ilə hədələyərək, təcili marşrutlar boyunca dayanacaqları təqdirdə avtomobilləri çıxarmağa çağırıb.