“Microsoft” süni intellektə 80 milyard dollar sərmayə qoyacaq

5 Yanvar 2025 08:25 (UTC+04:00)

ABŞ-ın “Microsoft” şirkəti 2025-ci ildə süni intellektin tətbiqi üçün zəruri data mərkəzlərinin yaradılmasına 80 milyard dollar sərmayə qoyacaq. SİA xəbər verir ki, bu barədə şirkətin prezidenti Bred Smit məlumat verib. O, qeyd edib ki, sözügedən məbləğin yarısı ABŞ-dakı infrastruktura xərclənəcək. Smit əlavə edib ki, bulud xidmətinin və süni intellektin tətbiq sahəsinin genişləndirilməsi üçün böyük data mərkəzlərinin yaradılması mütləqdir.