Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək

4 Yanvar 2025 10:29 (UTC+04:00)

ABŞ dövlət katibi Antoni Blinken 4-9 yanvar tarixlərində Koreya, Yaponiya və Fransaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller "X"də yazıb.

O bildirib ki, səfərin məqsədi Avropa, Yaxın Şərq və Asiyada problemlərin həllində tərəfdaşlığın əhəmiyyətini bir daha qeyd etməkdir:

"ABŞ dövlət katibi Antoni Blinken Avropa, Yaxın Şərq və Asiyada problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyətini bir daha vurğulamaq üçün 4-9 yanvar tarixlərində Koreya, Yaponiya və Fransaya səfər edəcək"