Çin şirkətinə sanksiya zərbəsi

4 Yanvar 2025 04:56 (UTC+04:00)

ABŞ əvvəllər kiberhücumlarda iştirakda ittiham olunan Çinin “Integrity Technology Group” şirkətinə qarşı sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Sənəddə bildirilib ki, səhmləri Şanxay Fond Birjasında satılan şirkət “Flax Typhoon” haker qrupu ilə əlaqəli “botnet” idarə etməkdə şübhəli bilinir.