ABŞ Dövlət Departamenti Yaponiyaya 3,64 milyard dollara 1,2 min ədəd “AIM-120D-3” və “AIM-120C-8” orta mənzilli “hava-hava” raketlərinin mümkün satışını təsdiqləyib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, həmin satış Yaponiyanın özünü və ölkədə xidmət edən ABŞ personalını mövcud və gələcək təhdidlərə qarşı müdafiə etmək qabiliyyətini artırmaq məqsədi daşıyır.