Neftin qiyməti 78 dolları ötdü

3 Yanvar 2025 13:12 (UTC+04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markası adı ilə tanınan Azərbaycan nefti bahalaşıb. SİA xəbər verir ki, neftimizin 1 barelinin qiyməti 1,78 ABŞ dollar və ya 2,3% artaraq 78,78 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin bundan əvvəlki qiyməti 77 dollar olub.