Şamaxıda dava ölümlə nəticələnib

1 Yanvar 2025 22:23 (UTC+04:00)

Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar - 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mübahisə zamanı tərəflər bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər. Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupu təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.