Azərbaycan neftinin qiyməti 77 dollar oldu

1 Yanvar 2025 14:42 (UTC+04:00)

Azərbaycan neftinin 1 barelinin qiyməti 0,55 ABŞ dollar artıb. SİA xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,55 ABŞ dolları, yaxud 0,72 % artaraq 77 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.